AFFA-da komandaların rəhbərləri üçün treninq keçirilib

AFFA-da komandaların rəhbərləri üçün treninq keçirilib

AFFA-nın Futbol Akademiyasında 2019-2020-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə treninq keçirilib.

REAL AZƏRTAC-a istinadən xəbər verir ki, treninqdə yeni klubun yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərinin edilməsi, yeni lisenziya kartları haqda məlumat və sair haqda geniş təqdimat olub. Bundan başqa, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.

“Futbola Qoşul” onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə