Əflatun Amaşovu təəssüfləndirən məqamlar (VİDEO)

Əflatun Amaşovu təəssüfləndirən məqamlar (VİDEO)
Qurum rəsmisi kütləvi informasiya vasitələrindəki vəziyyətdən danışıb

Ölkədə baş verən ən vacib hadisələrdə medianın rolu çox mühümdür. Bu, sabah keçiriləcək prezident seçkilərində də vacib məqamlardandır. Seçkilərin işıqlandırılması baxımından medianın rolu olduqca vacibdir. Nəzərə alsaq ki, Azərbaycan KİV-nin formalaşmış seçki təcrübəsi var, bu üzdən 11 aprel seçkilərinin standarlara uyğun işıqlandırılacağına əminik.

Real TV xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Real Vaxt” verilişində bildirib. Onun sözlərinə görə, təbliğat-təşviqat kampaniyası başlayandan bu günə qədər medianın monitorinqi aparılır. Şura sədrinin dediyinə görə, hələlik bu sahədə ciddi nöqsanlar aşkar edilməyib.

Mətbuat seçki dövründə özünü necə aparmalıdır? Ümumiyyətlə Azərbaycanda seçki ənənəsi necə formalaşıb? MŞ sədri bu və digər maraqlı suallara cavab verib. O bildirib ki, bu sahədə manitorinqlər aparılıb, Mətbuat Şurasının “qaynar xətti” də fəaliyyət göstərir.

“Bir neçə dəfə həmin xəttə müraciətlər olub. Jurnalistlərin fəaliyyəti və yaranmış problemlərlə bağlı müraciətlərə aydınlıq gətirilib. Martın 19-dan monitorinqlər başlayıb. Hələlik aparılan monitorinqin nəticələrini açıqlaya bilmirik. Bütün televiziyaların, xəbər portallarının fəaliyyəti izlənilir”, - deyə Əflatun Amaşov bildirib.

MŞ sədri əlavə edib ki, ötən illərlə müqayisədə mətbuatın bu sahədə fəaliyyəti inkişaf edib. Veriliş zamanı digər maraqlı məqamlara toxunulub. Daha ətraflı videoda baxa bilərsiz.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər