Bakı metrosu gecə 2-yə qədər işləyəcək

Bakı metrosu gecə 2-yə qədər işləyəcək
Qurum "Formula 1" yarışlarında gücləndirilmiş rejimdə çalışacaq

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran PRİ yarışları zamanı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Real TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, yarışların işçi heyəti və izləyicilərin daşınması ilə əlaqədar olaraq Bakı Metropoliteni qrafikdə dəyişiklik edəcək: “Əsasən tədbirlərin keçiriləcəyi əraziyə yaxın 2 stansiya – “28 may” və “İçərişəhər” stansiyalarında iş qrafiki artırılacaq. Zərurət yaranarsa, gecə saat 02:00-a qədər hər iki stansiya şərnişinlərin girişi üçün açıq olacaq”.

N.Paşayev bildirib ki, yarışların keçirildiyi günlərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Təşkilat Komitəsi ilə birgə işləyəcək: "Komitə ilə mütəmadi əlaqə yaradılacaq. Əgər ziyarətçi və iştirakçıların daşınmasına zərurət yaransa, 02:00-a qədər, əks halda isə 01:00-a qədər işləyəcəyik. Əgər ziyarətçilərin daşınması saat 01:00-da başa çatsa, metro stansiyaları da həmin vaxt bağlanacaq. Sərnişinlərin daşınması və mənzil başına çatdırılmasında heç bir problem olmayacaq”.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər