Türkiyədən Rusiyanın gözlənilməz bəyanatına cavab

Türkiyədən Rusiyanın gözlənilməz bəyanatına cavab
Milli müdafə naziri: " Təhlükə bitənə qədər türk əsgəri orada qalmağa davam edəcək"

Türkiyə Rusiyanın ötən gün Afrinlə bağlı etdiyi çağırışına cavab verib.

Real TV-nin CNNTürk-ə istinadən verdiyi məlumata görə, Türkiyənin milli müdafiə naziri Nürəddin Canikli bəyan edib ki, Afrin bir şərtlə geri qaytarılacaq.

Nazir deyib ki, Afrində terror təhlükəsi davam edir və bu təhlükə bitənə qədər türk əsgəri orada qalmağa davam edəcək.

“Bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik", - deyə Nürəddin Canikli qeyd edib.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır.

"Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”, - deyə Lavrov bildirmişdi.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər