Afrika iki yerə bölünür - dünyanı gözləyən fəlakət (VİDEO)

Afrika iki yerə bölünür - dünyanı gözləyən fəlakət (VİDEO)
Azərbaycanda da iqlim dəyişikliyinin getdiyi bölgələr var

Afrikada baş verən və görüntüsü yayılan bu hadisə bəlkə də ilk baxışdan təbii proses kimi görünür. Düzdür, proses təbii gedişatdır, amma hadisə anromal gedişatdır.

Alimlər xəbərdarlıq edir ki, şərqi Afrikada baş verən geoloji proseslər yaxın gələcəkdə fəlakətli nəticələrə gətirib çıxara bilər.

Belə ki, Afrika qitəsi yavaş-yavaş iki hissəyə bölünür, dərin çatlar yaranır. Bu da bölgədə nəqliyyat və şəhər infrastrukturu üçün təhlükə yaradır.

Alimlərin iddiasına görə, Afrikanın şərq hissəsi 3-4 milyon il sonra materikdən tamamilə ayrılacaq.

Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər