Saakaşvili Gürcüstana qayıdır: böyük dəyişklik olacaq

Saakaşvili Gürcüstana qayıdır: böyük dəyişklik olacaq
Eks prezident: “Gürcüstanı dünya xəritəsindən silinməyə qoymayaq”

Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili çağırış edib.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili “Facebook” sosial şəbəkəsindəki səhifəsindən Gürcüstanın hakim partiya və rəhbəri Bidzina İvanişviliyə qarşı birləşmək çağırışı edib.

“İvanişvili Gürcüstanın düşmənidir və Gürcüstan məhv olmaq təhlükəsi altındadır. Bütün müxalif qüvvələrə səslənərək, nə qədər ki, vaxt var, birləşməyə çağırıram. Bütün fikir ayrılıqlarını bir kənara qoyaq. Biz bu il böyük dəyişikliklərə nail olacağıq, Gürcüstanı dünya xəritəsindən silinməyə qoymayaq. Bu, real təhlükədir”, - deyə M.Saakaşvili yazıb.

Qeyd edək ki, bir müddət əvvəl M.Saakaşvili Gürcüstana qayıdacağını və əhalinin rifahının yaxşılaşdırılması uğrunda mübarizə aparacağını bildirib.

Xatırladaq ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko ötən il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib.

Ancaq M.Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb. 2017-ci ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib, 2018-ci ildə isə o, ölkədən çıxarılıb.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər