Məzahir Pənahov: Prezident seçkilərinə tam hazırıq

Məzahir Pənahov: Prezident seçkilərinə tam hazırıq
MSK sədri 1000 seçki məntəqəsində veb-kameraların quraşdırıldığını bildirib

“Mərkəzi Seçki Komissiyası sabah keçiriləcək Prezident seçkilərinə tam hazırdır”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, Prezident seçkilərini izləmək üçün müraciət edən şəxslərə nə dairə seçki komissiyalarında, nə də Mərkəzi Seçki Komissiyasında “yox” cavabı verilib: “Müşahidə üçün müraciət edən hər kəsə müsbət cavab verilib”. 

M.Pənahov xatırladıb ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

MSK sədri onu da bildirib ki, seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb.

“Müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb. Səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar. Mərkəzi Seçki Komssiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, sabah xoşagəlməz hal baş verməyəcək”, - deyə Məzahir Pənahov qeyd edib.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər