Babanın etirafları (VİDEO)

Babanın etirafları (VİDEO)
“Bəlkə əvvəllər bu barədə danışsaydım, dəhşətə gələrdim”

“Bir zamanlar müqəddəs bildiyim müəyyən dəyərlər var idi. Lakin təsəvvür etməzdim ki, həmin dəyərlər tamam dəyişəcək, yox olacaq. Bəlkə əvvəllər bu barədə danışsaydım, dəhşətə gələrdim. İndi isə bunu sadə qəbul edirəm”. 

Real TV- xəbər verir ki, bu barədə şair Baba Vəziroğlu “Real Vaxt” verilişində qonaq olarkən bildirib. Şair müsahibəsində ölkə daxilində baş verən proseslərə toxunub. Bundan başqa, B.Vəziroğlu ölkə mətbuatını izlədiyini, lakin bu marağın bir qədər azaldığını da vurğulayıb.

“Yenə də mətbuatı izləyirəm. Lakin əvvəlki kimi informasiya aclığı yoxdur. Yəni əvvəllər olduğu kimi mətbuatı izləmirəm. Artıq sosial şəbəkələr hər yeri zəbt edib. Ona görə də, mən mətbuat deyəndə əsas yazılı mətbuatı nəzərdə tuturam. Bu mənada klassik mətbuatdan bir az aralı düşmüşəm. Açığı kitablardan da aralı düşmüşəm”, - deyə B. Vəziroğlu vurğulayıb.

Şair keçmişini fəxrlə xatırladğını vurğulayıb: “Bu gün hələ bilmirik nə olacaq. Sabah isə baş verənlər nisyədir. Baş verənlər, yəni dünənimiz sərvətimizdir. Bu mənada mənim keçmişim çox zəngindir”.

Verilişdə bir çox maraqlı məqamlara toxunulub. Daha ətraflı videodan baxa bilərsiz.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər