Bakının mərkəzində 2 aya xərclənən milyonlar (VİDEO)

Bakının mərkəzində 2 aya xərclənən milyonlar (VİDEO)
"Tarqovı" və dənizə mənzərəsi olan hotellər xariciləri daha çox cəlb edir

Ölkəmizə gələn turistlərin sayı artdıqca internet üzərindən təklif olunan xidmətlərin də sayı artır. Bunların sırasında bəlkə də birinci yeri kirayə mənzillərin təklif olunması tutur. Ölkəmizə gələn turistlər Bakının mərkəzində ev kirayələməyə üstünlük verirlər. 

Bu isə bütün dünyada istifadə olunan xidmətdir. Məsələn, Avropa ölkələrində evlərin “booking” və bu kimi böyük saytlar üzərindən kirayələnməsi həm rəqabəti gücləndirir, həm də vətəndaşlara, xüsusilə mərkəzdə yaşayanlara əlavə gəlir qazandırır. Bu həm də səyahət etdiyi şəhərdə uzun müddət qalmaq istəyən turistlər üçün də sərfəlidir. Nə də olsa gündəlik otel otağı  üçün ödəniş etmək, kirayə evlərlə müqayisədə baha başa gəlir. Kiçik bir araşdırma apardıq... Azərbaycana gələn hansı ölkə vətəndaşları daha çox ev kirayələməyə üstünlük verir?

Uzun müddətdir bu sahədə çalışan Vəfa Niyazova deyir ki, Avropa ölkələrindən gələn qonaqlar təsadüfi hallarda, bir neçə nəfər birlikdə gəldiyi zaman kirayə ev seçimi edir. 

Dizaynı və ünvanı fərqli olan evlərin qiymətidə fərqli olur. Məsələn, Sahil metrostansiyası, “Tarqovı” istiqamətində ev kirayələmək turistə orta hesabla bir günü 100-150 manata başa gəlir.

Azneft, “28 may” istiqamətlərində isə evlər yenə orta hesabla 70-100 manat arasında təklif edilir.

Bu rəqəmlər gələn qonaqların sayına uyğun arta da bilər. Əsas məqamlardan biri odur ki, gələn turistlər mənzil kirayələmək üçün daha çox iri şirkətlərlə işləməyə üstünlük verir.

Bir neçə mərkəzlə apardığımız sorğu zamanı məlum oldu ki, ay ərzində kirayə ev üçün müraciət edənlərin 70 faizi turistlər olur.

Evi olanlara isə indi evini gündəlik kirayə vermək sərfəlidir. Ona görə də kirayə bazarında canlanma müşahidə edilir. Bazar kirayənin qiymətini də canlandırır. Müraciət çoxaldıqca xidmətin də, kirayənin də qiyməti artır. Bu gün fəaliyyət göstərən turizm şirkətləri isə vəziyyəti bir az fərqli şərh edir.

Qısa desək gələn turistlər bir neçə qrupa bölünür. Ölkəyə gələn turist qalmaq, yemək və gəzmək kimi məsələləri həm də bələdçilərlə həll edir. fərdi fəaliyyət göstərən Bəxtiyar Məmmədov əvvəlki, illərə nisbətən indi turistlərin bələdçilərin köməyindən daha çox istifadə etdiyini bildirir. 

Yeri gəlmişkən Azərbaycana gələn turistlər yanvar fevral ayları ərzində 190 milyon manat pul xərcləyib.

Mədəniyyət və Turizm Nazirliyindən deyirlər ki, ötən ilin müvafiq dövrü ilə müqayiəsədə bu il bu rəqəm 20 faiz yəni 31 milyon manat çoxdur.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb.

Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər