N.Məmmədov: Azərbaycan qoşulmama hərəkatına sədrlik edəcək- VİDEO

N.Məmmədov: Azərbaycan qoşulmama hərəkatına sədrlik edəcək- VİDEO
Düşənbədə regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bu siyasətin nəticəsində Azərbaycan ərazisinin 20 faziə yaxın torpaqları,Dağlıq Qarabağ və ona bitiçik 7 rayon Ermənistan tərəfindən işqal olunub.Münaqişəylə əlaqədar BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Azərbaycanın bu gün hərtərəfli və dinamik inkişaf yolu ilə irəliləyən müasir dövlət olduğunu vurğulayan Baş Nazir həmçinin Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələrin geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını bildirib.

Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir. Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Biz Qoşulmama Hərəkatının yaratdığı çoxtərəfli platformadan istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələr arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.

Qeyd edəkki, Zirvə toplantısında çıxış edən Baş Nazir Novruz Məmmədov tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident Emoməli Rəhmona təşəkkürünü bildirib və Tacikistan Respublikasının quruma sədrliyinin Asiya regionunda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə