Baş infeksionist: Yayılan virus bir neçə həftə davam edə bilər (VİDEO)

Baş infeksionist: Yayılan virus bir neçə həftə davam edə bilər (VİDEO)
Soyuqdəymə və qızdırma ilə müşahidə edilən infeksiya qripdir

Son vaxtlar insanlar arasında qripə yoluxanların sayı artıb. Boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəllik həm uşaqlar, həm də böyüklər arasında yayılıb.

Həmçinin qeyri sabit keçən hava şəraiti də insanlar arasında soyuqdəymə hallarını artırır. İnsanlar arasında qrip və soyuqdəymənin artmasını apteklərdə də hiss edirlər. Gün ərzində onlarla insan qızdırma, boğazda qıcıqlanma və ağrı simptomları ilə bağlı apteklərə müraciət edir.

Amma həkimlər hazırkı dövrdə qripə yoluxanların sayının bir müddət əvvəllə müqayisədə azaldığını deyir. Baş infeksionist Cəlal İsayev bir neçə həftə əvvəllə müqayisədə müraciətlərin sayının kəskin azaldığını deyir. İndiki halda yayılan xəstəlik isə daha çox insanların dəyişkən hava şəraitinə uyğunlaşmaması ilə bağlıdır və bu hal qarşıdakı bir neçə həftədə də davam edə bilər.

Həkimin sözlərinə görə yoluxma baş veribsə ilk növbədə temperatur dövründə bir neçə gün yataq rejimində olmaq lazımdır. 

Həkim qeyd etdi ki, bu epidemiyanın son dönəmi olduğunu nəzərə alaraq insanlar maksimum dərəcədə özünü qorumalı, immunitetin artırılması üçün müvafiq tədbirlər görülməlidir.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər