Azərbaycanda bu günədək 304 min 510 hektar sahədə taxıl biçini aparılıb

Azərbaycanda bu günədək 304 min 510 hektar sahədə taxıl biçini aparılıb

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

REAL Report-a istinadla xəbər verir ki, iyunun 15-nə olan operativ məlumata görə, ölkə ərazisində 304509,71 hektar ərazidə taxıl biçini aparılıb, 235628,1 hektar ərazidə arpa, 68881,65 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 922575,31 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,2 sentner təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il 100 min hektar daha çox biçin aparılıb.

Bərdə və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Zərdab, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29256 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Bərdə, Samux, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində 

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə