Turizm mövsümü başladı - VİDEO

Turizm mövsümü başladı - VİDEO
Turistlərin sayını artırmaq üçün yeniliklər tətbiq olunacaq

Artıq bu gündən ölkəmizdə turizm mövsümü açıq elan edilir.

Yay fəslinin gəlişi ilə əlaqədar insanların istirahət etmək, dünyanın müxtəlif ölkələrinə səyahət etmək istəyi də artır.

Azərbaycan da səfalı yerləri, turistlərə maraqlı olan mədəni-tarixi bölgələri ilə zəngindir.

Bu baxımdan bu il turizm mövsümünün Azərbaycan üçün yaddaqalan olacağı gözlənilir.

Gündən günə gözəlləşən şəhərimizə, ölkəmizə gələn turistlərin sayı ildən ilə artır.

Bu sayı çoxaltmaq üçün turistlərə göstərilən xidmətləri, qonaqpərvərliyimizi daha da artırmalıyıq.

Bu istiqamətdə bir sıra maarifləndirici tədbirlərin görülməsinə ehtiyac var.

Qeyd edək ki, ötən il Azərbaycana 2 mln 800 mindən çox xarici vətəndaş gəlib.

Ölkəmizə gələn əcnəbi qonaqlar əsasən Rusiya, Gürcüstan, Yaxın Şərq, Cənubi və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.

Avropadan gələn turistlərin sayında da artım müşahidə olunur.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Çin hökuməti ilə bağlanan sazişə əsasən, dövlət xətti ilə bu il həmin ölkədən Azərbaycana 200 min turist göndəriləcək. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə