Seçkilərin başlamasına bir neçə saat qaldı (VİDEO)

Seçkilərin başlamasına bir neçə saat qaldı (VİDEO)
Bütün məntəqələr aprelin 11-i səhər saat 8-dən etibarən öz seçicilərini gözləyəcək

Artıq geri sayım başladı. Hər saat aprelin 11-də keçiriləcək prezident seçkilərinə qalan vaxtı bir qədər də azaldır.

Dairə və məntəqə seçki komissiyaları necə prezident seçkilərinə tam hazırdırmı? Məntəqlərdə son durum nə yerdədir?

Bütün məntəqələr aprelin 11-i səhər saat 8-dən etibarən öz seçicilərini gözləyəcək.

Məntəqələrdə  lazımi tədbirlər artıq yekunlaşıb. Müraciət edən seçicilər üçün daşınan seçki qutuları da hazır vəziyyətə gətirilib.

Hər bir məntəqədə seçici siyahıları yerləşdirilib. Məntəqəyə daxil olan seçici öz adını seçici siyahısında tapdıqadan sonra seçki otağına daxil olaraq öz namizədinə rahat bir şəkildə səs verə bilər

Qeyd edək ki, prezident seçkiləri 125 seçki dairəsi və 5641 seçki məntəqəsi üzrə keçiriləcək.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər