İntellekt olimpiadası - VİDEO

İntellekt olimpiadası - VİDEO
Qalib gələn tələbələr mükafatlandırıldı

Nizami Kino mərkəzində ümummmilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tələbələrarası intellekt olimpiadasının mükafatlandırma mərasimi baş tutdu.Layihə YAP gənclər birliyi və ATGTİ-nin lead education təhsil və innovasiya mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirildi.İki mərhələli bu layihə aprel ayının 1-den etibarən reallaşıb.Layihəyə 23 azərbaycan universitetindən 10254 nəfər qatılıb,450 nəfəri finalda mübarizə aparıb,300 nəfəri isə mükafata layiq görülüb.Layihənin icraçı direktoru Xəyal İbrahimzadə bu cür layihələrin vacibliliyini vurğulayaraq layihə haqqında məlumat Verdi…

Tədbirdə Gənclər və idman naziri müavini İntiqam Babayev ,YAP gənclər birliyinin sədri Seymur Orucov,Azərbaycan tələbə gənclər təşkilatı ittifaqının sədri Faiq Məmmədov və digər qonaqlar iştirak etdi.Bu cür layihələr gənclərin bilik bazasını genişləndirməsi baxımından gərəklidir -deyən Gənclər və idman naziri müavini İntiqam Babayev jurnalistlərlə öz fikirlərini bölüşdü.

Mükafatlandirilma mərasimində Bakı ali neft məktəbinin tələbəsi Əsədulla Camalov 3-cü yer,ADA universitetinin tələbəsi Elvin Quluzadə 2-ci yer,Xəzər universitetinin tələbəsi Tamerlan Abdullayev isə 1-ci yerə layiq görülüb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə