Bir gündə 2 məğlubiyyət - VİDEO

Bir gündə 2 məğlubiyyət - VİDEO
Kişilər evdə, qadınlar səfərdə uduzdu

Voleybol üzrə yığma komandalarımız növbəti oyunlarını keçirib.

Qızıl Avropa liqasında mübarizə aparan zəriflərimiz Si qrupunun son turu səfərdə Finlandiya komandası ilə qarşılaşıb.

5 set davam etmiş gərgin görüş rəqib voleybolçuların zəfəri ilə yekunlaşıb.

İlk partiuyada rəqibin 25 dəqiq zərbəsinə cəmi 19 dəfə cavab vermiş zəriflərimiz növbəti hissədə də zəif təsir bağışlayıb.

27-29. Yalnız bundan sonra toparlanmış voleybolçularımız ümumi hesaba tarazlıq gətirib.

15 xaladək davam edən sonuncu partiya meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. 15-13.

Nəticədə Covanni Kapraranın yetirmələri qızıl avropa liqasının qrup mərhələsini qələbəsiz başa vurub. 

Kişi voleybolçulardan ibarət komandamız isə doğma divarlar arasında Danimarkaya uduzub.

Gümüş Avropa liqasında yarışan Fərid Cəlalovun yetirmələri qrup liderinə müqavimət göstərə bilməyib.

Birinci setdə 17-25 hesabı ilə məğlub olan yığmamız, növbəti partiyada 20 xal tioplaya bilib. 20-25.

Üçüncü hissədə millimizə 18 xal vermiş qonaqlar nəticədə 3-0 hesablı qələbəni təmin ediblər.

Qeyd edək ki, millimiz qrup mərhələsini 6 xalla başa vurub.

Danimarka və Rumıniyaya uduzmuş voleybolçularımız Gürcüstan seçməsinə hər iki qarşılaşmada qalib gəlib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə