Qarabağ yoxlama oyununda Səbail-i məğlub edib

Qarabağ yoxlama oyununda Səbail-i məğlub edib

Avropa kuboklarına hazırlaşan "Qarabağ" və "Səbail" futbol komandaları yoxlama oyununda üz-üzə gəlib.

REAL Report-a istinadla xəbər verir ki, "Azersun Arena" stadionunda təşkil olunan qarşılaşmada "Qarabağ qələbə qazanıb - 3:1.

İlk qolu 12-ci dəqiqədə Dani Kintana vurub. Baş hakim Rəvan Həmzəzadənin təyin etdiyi penaltidən sonra Kintananın zərbəsini "Səbail"in qapıçısı Kamal Bayramov qaytarıb. İspaniyalı yarımmüdafiəçi topu təkrar zərbə ilə qapıdan keçirib.

23-cü dəqiqədə isə Orxan Qurbanlının ötürməsini Fəhmin Muradbəyli qola çevirərək hesabı bərabərləşdirib.

Birinci hissə bu hesabla da yekunlaşıb. İkinci yarıya Ağdam təmsilçisi daha istəkli başlayıb. Hissənin əvvəllərində Filip Ozobiç komandasını hesabda önə keçirib. Ağdam təmsilçisində üçüncü qolu Tural Bayramov vurub.

"Qarabağ" Azərbaycanı Çempionlar Liqasında, "Səbail" isə Avropa Liqasında təmsil edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə