Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB

Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB

Yevlaxda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

REAL APA-ya istinadla xəbər verir ki, 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Saat 19:35

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər. Elşən Xəlilovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə