Suriyada yeni cəbhə: Böyük dövlətlər 24 saata savaşa başlayır

Suriyada yeni cəbhə: Böyük dövlətlər 24 saata savaşa başlayır
Böyük Britaniya ordusu döyüşə hazır vəziyyətə gətirilib

Böyük Britaniya Silahlı Qüvvələrinin komandanlığı Kipr adasında yerləşən Britaniya ordusunu Suriyaya zərbələr endirmək üçün döyüşə hazır vəziyyətə gətirib,

Real TV xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilir ki, ABŞ, Fransa və Böyük Britaniya yaxın 24 saatda Suriyaya raket zərbələri endirə bilər.

Daha əvvəl isə məlumat yayılıb ki, Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb.

Vurulacaq bazalar arasında, əsasən şiə milis qüvvələrin olduğu strateji bölgələr də var. Bundan başqa, Homs və Tartus bölgələrində ABŞ-ın hədəfə aldığı 2 hərbi bazada rus əsgərlərin də olduğu bildirilir.

Hərbi bazaların vurulmasında Fransa, Böyük Britaniya, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı dənizdən, havadan və qurudan həyata keçiriləcək.

Amerikanın "Donald Kuk" hərbi gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb. Rusiyaya məxsus qırıcı təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş edib.

Gəminin "Tomahawk" raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb. ABŞ donanmasının rəhbərliyi gəminin Larnakadan ayrıldıqdan sonra hara getdiyi barədə sualları cavabsız buraxıb.

Aprelin 7-də Dəməşq yaxınlığındakı şərqi Quta qəsəbəsində Əsəd rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ Suriya rejimini cəzalandıracağını bəyan edib.

Ötən gün açıqlanmışdı ki, prezident Donald Tramp bu məsələdə 48 saat ərzində qərar verəcək. Tramp bəyan edib ki, kimyəvi silah hücumuna görə Əsəd rejimi ilə yanaşı onu dəstəkləyən Rusiya və İran da məsuliyyət daşıyır. Və ABŞ prezidenti ilk dəfə Rusiya prezidentini birbaşa hədəf alaraq Putinin baş verənlərə görə cavab verməli olacağını bildirib.

Hələlik Pentaqon və Dövlət Departamenti Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq hansı tədbirlərin görüləcəyini şərh etmir. Lakin çoxsaylı mənbələr hərbi variantın masa üzərində olduğunu bildirir.
“Reuters” ABŞ hökumətindəki mənbəyə istinadən xəbər veririk, Birləşmiş Ştatlar kimyəvi silah hücumuna cavab olaraq beynəlxalq hərbi cavab tədbirlərini nəzərdən keçirir. Mənbə konkret planı açıqlamayıb, ancaq deyib ki, hədəflər əvvəllər də kimyəvi silah hücumu üçün istifadə edilən obyektlər ola bilər.

“Reuters” ehtimal olunan hədəflər arasında Latakiya əyalətindəki Hmeymim aerodromunun da olduğunu bildirir. Həmin aerodromda Rusiya aviabazası yerləşir.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər