Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub

Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub

Hindistanın şimal-şərqindəki Bixar ştatında anomal istilər 29 nəfərin ölümünə səbəb olub.

REAL-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Son 1 ay ərzində davam edən anomal istilər Bixar ştatının Auranqabad dairəsində 25 nəfərin ölümünə səbəb olub. Digər 4 nəfər Navada və Qayya dairələrində həyatlarını itiriblər. Ümumilikdə 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bixar ştatında son 1 ayda mövsüm üçün xarakterik olmayan hava şəraiti müşahidə olunur, temperatur 40 dərəcədən aşağı düşmür. Paytaxt Yeni Dehlidə isə iyunun 10-da temperatur 50 dərəcəni keçib və şəhərin tarixində ən yüksək temperatur göstərici qeydə alınıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə