Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var

Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

REAL"Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbınəsı kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə