Ən güclü atletlər müəyyənləşib - VİDEO

Ən güclü atletlər müəyyənləşib - VİDEO
İdmançılar 13 növdə mübarizə aparıblar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Son gündə 200, 800, 3000 m məsafəyə qaçış, uzunluğa və hündürlüyə tullanma, həmçinin lövhəatma üzrə yarışlar reallaşıb.

Uzunluğa tullanmada Kəsgin Abbaszadə ilə Aysel Mehrəliyeva, hündürlüyə tullanmada Nikita Neftyakovla Veronika Andropova birinci yerə layiq görülüb. Qaçış növləri üzrə isə Elcan Cəfərov, Roman Məmmədov, Samirə Cəbrayılzadə və fəxri kürsünün zirvəsinə qalxıb.

Xatırladaq ki, qarşıda atletika üzrə növbəti yarış təşkil olunacaq.

İyunun 21-22-də 2002-2003-cü il təvəllüdlü idmançılar Azərbaycan birinciliyində qüvvələrini sınayacaqlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə