Qubada minik maşını krana çırpılıb, sürücü ölüb

Qubada minik maşını krana çırpılıb, sürücü ölüb

Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

REAL-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.  

27 yaşlı Nügədi kənd sakini Şahbaba Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Digər xəbərlər
Bu gün
Dünən