Tələbələr arasına İntellekt Olimpiadasının qalibi məlum olub - FOTO

Tələbələr arasına İntellekt Olimpiadasının qalibi məlum olub - FOTO

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasına İntellekt Olimpiadası" layihəsinin mükafatlandırma mərasimi keçirilib.

REAL-ın APA-ya istinadən məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub.

Mərasim Azərbaycan bayrağını özündə ehtiva edən rəqqasların rəqsi ilə başlayıb.  Rəqs bitdikdən sonra himn səsləndirilib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev layihəyə uğurlar arzu edib. O, Ulu Öndərin gənclərə verdiyi diqqətdən bəhs edib,  Prezident İlham Əliyevin gənclər siyasətindən söhbət açıb. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova intellektual gənclərin ölkəmizdə böyük bir orduya sahib olduğunu vurğulayıb. Azərbaycan Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov bu gün gənclərin sağlam gələcək uğrunda birləşməsini, bu cür intellektual oyunlarda bir araya gəlməsini böyük hadisə adlandırıb.

Daha sonra layihənin icraçı direktoru Xəyal İbrahimzadə danışıb. Qonaqlar və şirkətlərə layihəyə dəstək olduqları üçün dərin təşəkkürlərini bildirib. Ümumilikdə layihədə 23 universitetdən 10254 nəfər iştirak etdiyini, bunlardan 450 nəfərin finala vəsiqə qazandığını söyləyib. Statistik məlumatları qonaqların diqqətinə çatdırıb.

Bir sıra universitetlərin rəhbər şəxsləri və rayon İcra Hakimiyyətlərinin nümayəndələri çıxış ediblər.

Qonaqların təbriklərindən sonra mükafatlandırma mərasimi başlayıb. 300 nəfərə endirim kuponları, sertifikatlar  və kitablar hədiyyə olunub. İlk 100 yerin qalibləri isə sponsorlardan aşağıdakı hədiyyələri qazanıblar.

"Baku Elektorniks"dən 20 nəfərə Pover banklar, "İrşad Telekom"dan 20 nəfərə "Honor" bandlar, "İSMA BİKE"-dan 2 ədəd velosiped, Nizami Kino Mərkəzindən 30 nəfərə kinoya bilet, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə şam yeməyi, AAAF SPA-dan 20 nəfərə endirim kuponları, BİZON enerjidən hər kəsə pulsuz enerji içkiləri verilib. Şərq-Qərb Nəşriyyat evindən 150 ədəd, Qanun nəşriyyatından 70 və  Parlaq İmzalar nəşriyyatından 20 ədəd kitab hədiyyə olunub.

Qeyd edək ki, final turunda iştirak edən hər kəs "LEAD Education" tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 30-100% endirim qazanıblar. ¬Layihədə birinci yeri Xəzər Universitetin I kurs tələbəsi  Tamerlan Abdullayev tutub. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev qalibin mükafatlarını təqdim edib. Qalib "Baku Elektroniks"dən notebook, "İrşad Telekom"dan Honor 10 lite smartfonu,  Şərq – Qərb Nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet, "LEAD Education"dan "Platinium" kuponunu qazanıb. Ağdaş rayonundan olan bu gəncə RİH tərəfindən  xüsusi hədiyyədə təqdim olunub.

İkinci yeri isə Cəbrayıl rayon sakini ADA universitetin I kurs tələbəsi Elvin Quluzadə tutub. Ona mükafatları YAP Gənclər Birliyinin sədri Seymur Orucov və "İSMA Bike" rəsmi nümayəndəsi təqdim edib. Qalibə "İSMA Bike"dan İSMA Sport velosipedi, "Baku Elektroniks"dən planşet, "LEAD Education"dan "Platinium" kuponu, Qanun Nəşriyyat evindən kitablar hədiyyə olunub.

Üçüncü yeri isə BANM-nin tələbəsi Əsədullah Camalov tutub. Qalib Əsədullahı ATGTİ- nin sədri Faiq Məmmədov mükafatlandırıb. Üçüncü yerin sahibinə "İSMA Bike"dan "İSMA Strong" velosiped, "LEAD Education"dan "Platinium" kuponunu, "Parlaq İmzalar" Nəşriyyatından kitablar verilib.

Sonda finalçılarla xatirə şəkli çəkilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə