Fuad Abbasovun Rusiyada həbsdə saxlanılmasına görə azərbaycanlılar Moskvada mitinqə çıxıb - FOTO

Fuad Abbasovun Rusiyada həbsdə saxlanılmasına görə azərbaycanlılar Moskvada mitinqə çıxıb - FOTO

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Moskvada azərbaycanlılar şəhərin mərkəzində keçirilən mitinqə qoşulublar.

REAL-ın Moskva bürosunun məlumatına görə, Rusiyada qanunsuz olaraq həbs olunan və sonra azadlığa buraxılan jurnalist İvan Qolunovuna görə keçirilən mitinqdə soydaşlarımız tirbunadan çıxış edərək iştirakçılara Fuad Abbasov haqqında məlumat verib.

Çıxış edən Fərid Vahabov azərbayacanlı jurnalistin tutulmasında və Rusiyadan deportasiya edilməsində erməni diasporunun "barmağı" olduğunu söyləyib.

İctimai fəal Qəmbərov Səttar isə Fuad Abbasovun bir cinayətkar kimi saxlanıldığını və hazırda təcridxanada saxlanıldığını qeyd edib.

Mitinqdə iştirak edən azərbaycanlılar aksiyaya qoşulmaqda məqsədin, Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi Rusiya ictimaiyyətinə duyurmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etmək olduğunu nəzərə çatdırıblar.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb.

Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə