İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək

İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək

İran iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək.

REAL-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.

Məlumatda deyilir: "İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək".

Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: "Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək".

Digər xəbərlər
Bu gün
Dünən