Ukraynada azərbaycanlı pula görə qətlə yetirildi

Ukraynada azərbaycanlı pula görə qətlə yetirildi

Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.

REAL Modern.az-a istinadən xəbər verir ki, Rusiyanın Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun "Report"un Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs yerində keçinib. Ağsu rayon sakini Həmzə adlı şəxs isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri sonradan buraxılıb, 15 nəfər isə nəzarətə götürülüb. Cinayət işi davam edir.

Hadisənin pul üstündə baş verdiyi bildirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə