AŞPA missiyası da prezident seçkilərini müşahidə etməyə başladı (FOTO)

AŞPA missiyası da prezident seçkilərini müşahidə etməyə başladı (FOTO)
Missiyanın tərkibinə 37 müşahidəçi daxildir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişatını müşahidə etməyə başlayıb.

Real TV xəbər verir ki, missiyaya rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edir. Müşahidəçilərdən biri, AŞPA-nın islandiyadan olan deputatı Aevarsdottir Thorhildur Sunna 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsinə baş çəkib, orada yaradılan şəraitlə tanış olub. 

Qeyd edək ki, missiyanın tərkibinə 37 müşahidəçi daxildir. Onlar bu gün Bakıda və ölkənin regionlarında bir sıra seçki məntəqələrində olacaqlar.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər