Bütün Avropaya Suriya ilə bağlı 72 saat xəbərdarlığı

Bütün Avropaya Suriya ilə bağlı 72 saat xəbərdarlığı
Bu qərar ABŞ-ın Suriyada hərbi əməliyyatlar planlaşdırması xəbərindən sonra verilib

Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatı bütün Avropa ölkələrinə Suriya hava məkanında uçuş həyata keçirməməklə bağlı xəbərdarlıq edib.

Real TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, təşkilat mülki aviasiyaya 72 saat ərzində Suriyaya mümkün hücum ehtimalı olduğu üçün uçuşları dayandırmaqla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, Aralıq dənizi üzərində sərnişin təyyarələrinin uçuşlarını həyata keçirtmək çox təhlükəlidir. ABŞ-ın Suriyada hərbi əməliyyatlar planlaşdırması ilə əlaqədar belə bir xəbərdarlıq yayıldığı bildirilib.

Qeyd edək ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə  Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

Dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən  gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur. Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər