İstiqlal Muzeyinin 100 illiyi münasibətilə Respublika elmi konfransı keçiriləcək

İstiqlal Muzeyinin 100 illiyi münasibətilə Respublika elmi konfransı keçiriləcək

İyunun 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçiriləcək.

REAL xəbər verir ki, Tarix Muzeyindən APA-ya verilən məlumata görə, tədbirdə İstiqlal Muzeyinin inkişaf mərhələləri, fəaliyyəti, müəssisədə saxlanılan eksponatlar haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı müəssisədir. Muzeydə xəritələr, şəkillər, kitablar, əsginaslar və digər eksponatlar nümayiş etdirilir.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə