Azərbaycan Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

REAL APA-ya istinadla xəbər verir ki, memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui” şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıblar.

Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına,  birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.

“Mitsui” şirkətinin vitse-prezidenti Moçida Keniçi isə bu sənədi bərpa olunan enerji sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə