Avstriya rəsmilərilə görüş - VİDEO

Avstriya rəsmilərilə görüş - VİDEO
Azərbaycan nümayəndə heyəti konfrans öncəsi hökumət üzvlərilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.

REAL xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb.Görüşün əvvəlində iyunun 19-da Vyanada keçiriləcək "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans üçün yaradılan şəraitə görə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsi qərara alınıb.Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluğunu ifadə edİB VƏ özünü əbədi bitərəf dövlət elan etmiş Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Bu tarixi ənənə fonunda Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, həmçinin bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində durduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanı və Avstriyanı uzun illərə söykənən dostluq əlaqələri bağlayır. Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri bu dostluğun zirvə nöqtəsini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə çıxarmaqdır. Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsini hədəf seçən bu qurum ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə gətirib çıxaracaq.Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Prezident İlham Əliyevin Avstriya xalqına və hökumətinin üzvlərinə ehtiram və salamlarını çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək və bu inkişafa maraq dövlət başçıları tərəfindən də ifadə olunub.

Qeyd edək ki, iyunun 19-da Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə