UNİSEF: Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur

UNİSEF: Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur

"Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin qısa müddət ərzində artması region ölkələri ilə müqayisədə fenomenal uğur sayılır".

“Report” xəbər verir ki, bu sözləri UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan ADA Universitetində keçirilən “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransında deyib.

Parmosivea Soobrayan çıxışında Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən də söz açıb. O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici 2018-ci ildə 75 faizə bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində, ümumilikdə, 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Parmosivea Soobrayan diqqətə çatdırıb ki, UNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.

“Ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir”, - deyə Parmosivea Soobrayan vurğulayıb.

Qeyd edək ki, konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə keçirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə