Paytaxtda 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Paytaxtda 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədilə 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik olunub.

REAL xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan tələbatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, “Neftçilər” metro stansiyası və 8-ci kilometr bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.

Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd olunan küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan tələbatı təmin ediləcək.

Hər iki dəyişiklik iyunun 22-dən qüvvədə olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə