Yeni su şəbəkəsi qurulur - VİDEO

Yeni su şəbəkəsi qurulur - VİDEO
Xətai rayonunda 35 km-dək su xətləri çəkiləcək

Xətai rayonunda yeni su şəbəkəsi qurulur. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonda normal su təchizatını həyata keçirmək məqsədilə uzun müddət istismarda olan yararsız su xətlərini yenilənir.

Hazırda General Mehmandarov, Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayevo, Rüstəmov Əbilov, 4-cü və 5-ci rezervuar, 1-ci Əhmədli küçələrində yeni su şəbəkələri inşa edilir.

Layihə çərçivəsində binaların şaxtalarından keçən və istismar müddətini başa vurmuş su xətləri ləğv edilir. Əvəzində binaların həyətindən keçməklə yeni su xətləri çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Mənzilləri su ilə təmin edən bütün qurğular quraşdırılır və hər bir abunəçi sayğacla təmin edilir. Görülən işlərə yeni magistral və daşıyıcı xətlərin inşası da daxildir General Mehmandarov küçəsində tikilən 2,2 km uzunluğunda yeni magistral su xətti kəməri Köhnə Günəşli yaşayış massivi və ətraf ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq

Qeyd edək ki, bu ərazilərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da su xətləri uzun müddət istismarda olduğundan yararsız vəziyyətə düşmüşdür. Xüsusilə binadaxili sistemlər könəldiyindən tez-tez qəzalar baş verirdi və normal su təchizatını həyata keçirmək mümkün olmurdu. 

Ümumilikdə Xətai rayonunda icra olnan layihələr çərçivəsində 35 km-dək su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə