Azərbaycanın ixrac potensialı - VİDEO

Azərbaycanın ixrac potensialı - VİDEO
İxracın əsasını kənd təsərrüfatı məhsulları təşkil edir

Ölkədə qeyri- neft ixracının stimullaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Hazırda ixrac potensialının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Təkcə ötən beş ayda kənd təssərüfatı məhsullarının emalında 40 faiz artıma nail olunub.

AZPROMO rəhbərinin sözlərinə görə, istehsal və ixrac imkanlarının artmasını bir neçə amil şərtləndirib. Yeni sənayə parklarının və müəssisələrinin yaradılması istehsal və ixracın daha artmasını prosesi daha da sürətləndirib. 

“5 ay ərzində sənayedə 10 milyon dollardan artıq artım olub. Yəni 3 faiz artib. Burada bir məsələyə toxunum ixracın olunan missiyaların və vahid olkə stendi ilə sərgilər həm kənd təsərrüfatı həm də sənaye məhsullarını əhatə edir qeyri neft ixracatcıları bu platformadan yararlanırlar”.

Yusif Abdullayev deyir ki, Azərbaycan məhsullarının keyfiyyətli olması xarici bazarda rəqabətə imkan yaradır. Onun sözlərinə görə xüsusən də Avropa bazarında fındıq məhsullarına böyük tələbat var. 

Qeyd edək ki, xaricə ixrac zamanı sahibkarlara 5 ay ərzində 5 milyondan artıq vəsait qaytarılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə