Ukraynada parlament seçkiləri - VİDEO

Ukraynada parlament seçkiləri - VİDEO
Politoloq R.Bortnik iyulun 21-də keçiriləcək seçki ilə bağlı REAL TV-yə danışdı

Ukraynada iyul ayının 21-nə təyin olunmuş parlament seçkiləri beynəlxalq ictimaiyyətin diqqətindədir. Ukrayna Konsititusiya Məhkəməsinin bununla bağlı hələ qərar verməməsinə rəğmən siyasi partiyalar bütün gücü ilə seçkilərə hazırlaşır. Vladimir Zelenskinin 1 aylıq prezidentlik fəaliyyəti dövründə aparılan xarici siyasət və kadr isalahatları nikbin danışmağa əsas versə də, siyasi şərhçilər Ukraynada daxili sabitlikdən danışmağın hələ tez olduğunu fikirləşir:

"Təəssüflər olsun ki, Ukraynanın siyasi sferasında həmişə olduğu kimi, yenədə qeyri müəyyənlik hökm sürür. Söhbət ondan gedirki, ola bilsin iyul ayının 21-də parlament seçkiləri baş tutmasın. Çünki,bir qrup detutat Ukrayna Konsititusiya Məhkəməsinə şikayət edərək, prezident Zelenskinin parlamenti qeyri qanuni buraxdığını iddi ediblər. Ola bilsin Konstitusiya Məhkəməsi prezidentin qərarını konstitusiyaya zidd olduğunu isbatlasın və parlament seçkilərini iyulun 21-də deyil , oktyabr ayının 27-də keçirilməsi qərarını verdi. Amma seçkilərin hansı ayda keçirilməsindən asılı olmayaraq , gələcək parlament koalisiyası prezidentin təmsil olunduğu partiya tərəfindən qurulacaq. Bu gün əhali arasında aparılan sosioloji sorğular onu deməyə əsas verir ki, prezidentin təmsil olduğu partiya seçkilərdə 30-dan 60 faizə qədər səs toplayacaq. Hələki, ölkədə yeni hakimiyyətin reytinqi yüksəkdir. Düşünürəmki bu ən azından 1 il belə olacaq. 

Əslində, istər prezident kürsüsünü tərk edən Petro Poroşenko, istərsə də bu kürsüyə sahib çıxan Vladimir Zelenski çox gözəl anlayırlar ki, 2014-cü ildə baş vermiş maydan hərəkatından sonra Ukraynanın düçar olduğu problemlər o qədər də sadə məsələ deyil və bundan təkbaşına çıxış yolu yoxdur. Buna görə də eks-prezident Poroşenko rəqibinə uduzmağına baxmayaraq, Zelenskiyə istənilən vaxt dəstək verə biləcəyi haqda açıqlama verib. Çünki hər iki siyasətçi dərk edir ki, Krım probleminin az itki ilə həll olunması, ölkənin şərqində alovlanan münaqişə ocağının söndürülməsi, Donetsk və Luqansk vilayətlərinin Ukraynanın tərkibinə qaytarılması müstəqil Ukrayna dövlətinin qarşısında duran ən vacib məsələrdir. 

 Zelenskinin beynəlxalq problemlərə, müharibə və sülh məsələsinə, xüsusəndə Rusiya ilə qarşılıqlı münasibətlərə yanaşma tərzi Avropa reallığı üzərində qurulub. Düzdür bu gün Ukraynanın siyasi kursu Avroatlantik məkana inteqrasiyadır. Amma Ukraynanın qarşısında duran ən böyük vəzifə , iqtisadi dirçəlişə nail olmaq, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaqdır. Daxili siyasətdə daha böyük problem Donbasdakı münaqişəni həll etməkdir. Nə qədər çətin olsada Rusiya ilə Krım məsələsində siyasi dialoqun əldə olunmasına səy göstərilməlidir. Düşünürəmki,bu mənada Zelennsinin böyük şansı var. Çünki, o 2014-cü ildə bu hadisələrin iştirakçısı olmayıb. Bu baxımdan Zelenski , Donbas məsələni nizamlamaqla dünyada Nobel sülh mükafatına yaxınlaşa bilər.

Politoloq Ruslan Bortnikin fikrincə, əslində yeni prezident həm daxildə, həm də beynəlxalq sferada siyasi dialoqlara açıq olduğunu öz addımları ilə artıq sübut etməkdədir. Onun Ukraynanın ikinci prezidenti Leonid Kuçmanı Minsk razılaşması üzrə təmas qrupunun nümayəndəsi təyin etməsi onu deməyə əsas verir ki, rəsmi Kiyev bu problemin sülh yolu ilə həll olunmasına, Rusiya ilə Qərb arasında balanslaşdırılmış siyasətin qurulmasına xüsusi önəm verir. Bu arada Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin bu ölkəyə gəlməsinə yaşıl işığın yandırılmasıda Ukraynada siyasi balansın qorunmasına hesablanıb. Artıq prezident Vladimir Zelenski Ukraynada ciddi kadr islahatlarına başlayıb. Bu baxımdan ölkənin 15 vilayətinin qubernatoru işdən azad edilib. Bir sıra komitə, nazirlik və şirkətlərə yeni təyinatlar olub. Nəzərdə tutulmuş ciddi islahatlar paketi isə əsasən parlament seçkilərindən sonraya saxlanılıb. 

Əslində bu sekçidə kifayət qədər mandat əldə etmək Zelenski hakimiyyəti üçün hava-su kimi lazımdır. Bu baxımdan növbəti mübarizə ona prezident seçkilərindəki qədər asan başa gəlməyəcək. Çünki,onun rəhbərlik etdiyi “Xalqın Xidmətçisi” partiyası bu dəfə ölkənin əsas güc mərkəzləri hesab olunan Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” partiyası, Petro Poroşenkonun “Avropa Həmrəyliyi” partiyası ,Yuriy Boykonun başçılıq etdiyi “Müxalifət Bloku” və digər radikal siyasi qurumlarla mübarizə aparacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə