İrandan bəyanat: hücum olarsa Suriyanın yanındayıq

İrandan bəyanat: hücum olarsa Suriyanın yanındayıq
Rəsmi Tehran Ağ Evə mesaj göndərib

İran Suriyadakı vəziyyətlə bağlı rəsmi açıqlama verib.

Real TV “sözcü” qəzetinə istinadən xəbər verir ki, rəsmi Tehran Suriya dövlətinin yanında olacağı barədə bəyanat verib.

Bildirilib ki, əgər Amerika Suriya dövlətinə hücum edərsə, bu zaman İran dövləti Suriya hökumətinin tərəfində olacaq.

Rəsmi Vaşinqton isə öz növbəsində Suriya məsələsində İranın davranışlarını diqqətlə izlədiklərini bildiriblər.

Vurğulanıb ki, İranın hər bir addımı Ağ Ev rəhbərliyi tərəfindən nəzarətdədir. Bu addımlara əsasən ABŞ İrana qarşı sanksiyalar barədə mühüm qərar verəcək.

Qeyd edək ki, aprelin 8-də Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiq edilib. Nəticədə yüzlərlə insan həlak olub. ABŞ hökuməti baş verənlərlə bağlı B.Əsəd rejimini günahlandırıb.

Amerika hərbi texnikalarını Suriyaya yönəldib. ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə