ATƏT-in Bakı konfransında qalmaqal: rəsmilər zalı tərk etdi (FOTO)

ATƏT-in Bakı konfransında qalmaqal: rəsmilər zalı tərk etdi (FOTO)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Bakıda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında qalmaqal yaşanıb.

Real TV-nin konfransda olan əməkdaşı xəbər verir ki, qalmaqal ATƏT rəsmiləri aprelin 11-də keçirilən seçkilərdə qayda pozuntularının olması barədə açıqlamalar verərkən baş verib.

Belə ki, Büro nümayəndələrinin bu barədə çıxışı zamanı jurnalistlər ayağa qalxaraq kəskin etirazlarını bildiriblər.

Jurnalistlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrindən öz hesabatlarını dəyişmələrini tələb ediblər.

Buna cavab olaraq Büro üzvləri mətbuat konfransını dayandırıblar və salonu tərk ediblər.

Daha sonra geri qayıdan nümayəndələr konfransın başa çatdığını elan edib. Bildiriblər ki, monitorinqin nəticələri çap variantında da var və istənilən adam bununla tanış ola bilər.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə