Azərbaycan cüdoçusu II Avropa Oyunlarında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu II Avropa Oyunlarında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.

REAL Report-a istinadla xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, 1/4 finalda isə Roy Meyeri mübarizədən kənarlaşdırıb. Kakauri 1/2 finalda rusiyalı İnal Tasoyevlə güləşəcək. 

Azərbaycanın digər cüdoçularına gəlincə, Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda yerli idmançı Yahor Varapayevi üstələyib. O, 1/8 finalda fransalı Aurelian Diesseyə rəqib olub.

100 kq-da mübarizə aparan cüdoçulardan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitkini, ardınca isə estoniyalı Qriqori Minaskini məğlub edib. O, 1/4 finalda fransalı Cyrille Maret ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Kotsoyev isə ilk olaraq serbiyalı Boyan Doseni məğlub etsə də, daha sonra Belçika təmsilçisi Toma Nikiforovla bacarmayıb.

Qadın cüdoçu İrina Kindzerska (+78 kq) isə 1/8 finalda almaniyalı Jasmin Kuelbsi məğlub edərək 1/4 finala yüksəlib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə