Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.

REAL Report-a istinadla xəbər verir ki, 3 gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə