Azərbaycan-Monteneqro biznes forumu - VİDEO

Azərbaycan-Monteneqro biznes forumu - VİDEO
Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və iş adamlari iştirak edir

“Ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artıb, amma mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir”.

REAL xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev deyib.

“Bugünkü biznes forumda 150-dən çox şirkət iştirak edir. Onlar investisiya qoyuluşu sahəsində müzakirələr aparır. Monteneqro Azərbaycan üçün Balkan yarımadası ölkələrinin bazarlarına, Azərbaycan isə Monteneqro üçün MDB ölkələrinin bazarlarına giriş üçün mühüm rol oynaya bilər”, - S.Babayev qeyd edib. 

Monteneqronun Baş Naziri Duşko Markoviç iki ölkənin iqtisadi əməkdaşlığının ildən-ilə genişləndiyini və biznes forumun bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə