Nazir: Monteneqro Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Nazir: Monteneqro Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Monteneqro Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. "APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan-Monteneqro biznes forumunda çıxış edən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu da onun göstəricisidir ki, Monteneqro və Azərbaycan arasında siyasi tərəfdaşlıq və əməkdaşlıq ən yüksək səviyyədədir.

"Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf edir və Azərbaycan iqtisadiyyatının bütün sahələrində geniş investisiya perspektivləri mövcuddur. Mən Monteneqrodan gələn şirkətlərə bu potensialdan yararlanmağa çağırıram", - deyə nazir qeyd edib.

Nazir həmçinin əlavə edib ki, ölkələr bir biri üçün körpü rolunu oynaya bilər: "Monteneqro Azərbaycan üçün Avropa və Balkan bazarlarına giriş rolunu oynaya bilər və eyni zamanda Azərbaycanda Monteneqro üçün Cənubi Qafqaz və MDB məkanı üçün körpü rolunu oynaya bilər. Bu potensialın reallaşması üçün bütün postulatlar mövcuddur".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə