Xaçmazda qətl törədən şəxsə hökm oxunub

Xaçmazda qətl törədən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Nazim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REAL Report-a istinadla xəbər verir ki, hakim İlham Mahmudovun sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Xaçmaz rayonunda baş verib. Rayon sakini, N.Həsənov gecə saat 1-də həmyerlisi 27 yaşlı Həmidov Tamerlan Tərlan oğlunu kafenin qarşısında bıçaqlayaraq öldürüb.

N.Həsənova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə