Azərbaycanın 2 güləşçisi II Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın 2 güləşçisi II Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.

REAL Report-a istinadla xəbər verir ki, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə makedoniyalı Vladimir Egorovla üz-üzə gələcək. Aleksandr Qostiyev (86 kq) isə moldovalı Denis Balaura qalib gəlib - 7:1. Onun növbəti rəqibi gürcüstanlı Sandro Aminaşvili olacaq.

Digər sərbəst güləşçilərə gəlincə, Hacımurad Hacıyev (74 kq) 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla görüşəcək. 

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın kamandan oxatma yarışında yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 almaniyalı Senta Rixterlə 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə