Böyük kişilərin cümhuriyyəti - VİDEO

Böyük kişilərin cümhuriyyəti - VİDEO
Şirməmməd Hüseynov da o, cümhuriyyətə yollandı

Mənim nə xəstələnməyə, nə də ölməyə vaxtım var. Yüzə sayılı illər qaldığı bir vaxtda bunu ancaq Şirməmməd müəllim deyə bilərdi. O Kişi ki, Cümhuriyyətin yüz ildən qalma arxivini azı yüz min dəfə ələk-vələk eləmişdi, Allah bilir nə qədər toz, nə qədər mikrob udmuşdu.

Buna rəğmən, cismən də, ruhən də gümrah idi. Yazırdı, tapırdı, araşdırırdı, çap etdirirdi və sanki yüz cavana dəyən hərəkətliliyi ilə pusquda duran ölümün başını qatırdı. Nəhayət, ölməyə vaxt tapmayan kişini ölüm özü axtarıb tapdı. Saralmış vərəqlərin arasında quruyan xəzəl kimi....

Yadımdadır, 90 illiyində Bakı Dövlət Universitetinə onunla müsahibəyə getmişdim. Rəsulzadənin məqalələrindən ibarət kitabı mənə göstərib, "bax, pensiyəmlə çıxartmışam bu kitabı " demişdi. Mən qarşımdakı qırmızı cildli kitaba və bir də tarixin bu üzüağ tədqiqatçısına baxıb qəribə hisslər keçirmişdim. İnsan öz boğazından kəsib necə kitab çıxara bilər?- kimi hiss deyildi bu hiss. Bu hiss bir insan öz tarixini, öz millətini necə bu qədər sevə bilər ?- kimi bir hiss idi. 

O cümhuriyyəti, cümhuriyyətçiləri tarixin arxivindən günümüzə daşıyan, onları sevən və millətə sevdirməyə çalışan adam idi. Bu işi o qədər gözəl bacarırdı ki... 

Nədənsə mən həmişə Şirməmməd müəllimi ruhən 1918-ci ildə, o dövrün adamlarının yanında görmüşəm. Düşünmüşəm ki, Rəsulzadə aşiqi, Üzeyir vurğunu bir adam necə bu dünyada yaşamağa can ata bilər ki?! Hətta bir dəfə bu sualı ona verməkdən özümü güclə saxladığımı da yaxşı xatırlayıram. O gün gəldi. Şirməmməd müəllim o böyük kişilərin cümhuriyyətinə yollandı. Salam de, ustad! Sənsiz çox darıxacağıq, Şirməmməd müəllim.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə