Dialoq çağırışına sanksiya ilə cavab - VİDEO

Dialoq çağırışına sanksiya ilə cavab - VİDEO
Rəsmi Tehran dialoq təklif edir, Ağ ev isə yeni sanksiyalara başlayır

Tehran regionda vəziyyətin sabitləşməsi barədə dialoqa hazırdır və ümid edir ki, BMT baş katibi Antoniu Quterreş bu prosesdə vasitəçi rolunu oynaya biləcək.

Bunu jurnalistlərə İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi deyib. O, bildirib ki, regionun təhlükəsizliyi üzrə real dialoqa ehtiyac var və İran belə dialoqa hazırdır. 

ABŞ prezidenti Donald Tramp isə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Sanksiya İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da tətəbiq edilib.

Politoloq Arzu Nağıyev hesab edir ki, ABŞ və İran arasında vasitəçilik missiyasını Yaponiya üzərinə götürə bilər. 

Donald Trampın İran rəhbərliyinə qarşı qəbul etdiyi yeni sanksiyalara reaksiya verən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi yeni sanksiyaları “diplomatiya yolunun birdəfəlik bağlanması” kimi dəyərləndirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə