N.Gəncəvi Mərkəzinin toplantısı - VİDEO

N.Gəncəvi Mərkəzinin toplantısı - VİDEO
“Çinin inkişafı, dünya üçün imkanlar" mövzusunda müzakirələr aparılıb

Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı keçirilib. “Çinin inkişafı, dünya üçün imkanlar" mövzusunda keçirilən toplantı Çin Xalq Xarici Əlaqələr İnstitutunun təşkilatçılığı, Azərbaycanın Çindəki səfirliyin dəstəyi ilə təşkil edilib.

İkigünlük toplantıda dünyada ikinci ən böyük iqtisadiyyata sahib olan Çinin inkişafının digər ölkələrə və beynəlxalq əməkdaşlığa təsirinə, "Bir kəmər, bir yol" təşəbbüsünün yaratdığı imkanlara dair müzakirələr aparılıb. 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Mərkəzin aktual məsələlərin müzakirəsi üçün yaxşı platforma rolunu oynadığını deyib. Toplantıda "Bir kəmər, bir yol"un əhatə etdiyi və bu strategiya çərçivəsində Çin ilə tərəfdaşlıq edən 15-dən çox ölkənin nümayəndələri iştirak edib. Müzakirələrdə çıxış edənlər tədbirin tərəfdaş ölkələr arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətindəki önəmi barədə fikirlərini bölüşüblər.

Çinin vitse-prezidenti Van Çişan görüşündə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən söz açlıb və bu cür tədbirlərin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. 

Görüşdə qlobal çağırışlar, Çinin beynəlxalq əməkdaşlıqdakı rolu barədə söhbət aparılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə