BNA təxliyyə xidmətinə başlayacaq - VİDEO

BNA təxliyyə xidmətinə başlayacaq - VİDEO
Parklanma qaydalarını pozan sürücülərin maşınları duracağa daşınacaq

Bakı Nəqliyyat Agentliyi yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş müvəqqəti duracağa daşınması - təxliyyəsi xidmətinə başlayacaq.

Təxliyə olunan nəqliyyat vasitələri BNA-nın inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisinə, Hökümət evinin qarşısındakı yeraltı duracağa və Qış parkının yeraltı duracağına daşınacaq.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirdiki, hər bir sürücü yol hərəkəti qaydalarına ciddi riayət etməlidi.

Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Qeyd edək ki bütün evakuatorlarda kameralar quraşdırılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə