Girovların məsələsi AŞPA-da, VİDEO

Girovların məsələsi AŞPA-da, VİDEO
Strasburqda girovlarla bağlı tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan girovluğunda olan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib.

"İki Azərbaycan vətəndaşının humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva açıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında girov götürülmüş azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ü.Ağayeva deyib ki, ermənilər D.Əsgərov və Ş.Quliyevə əzab verirlər, girovların humanitar və digər hüquqlarını pozurlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı, vəziyyəti haqqında ətraflı məlumat verərək, onların problemlərinin Azərbaycan hökumətinin başlıca qayğısı olduğunu bildirib.

Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova Ermənistanın D.Əsgərov və Ş.Quliyevi girov götürməklə beynəlxalq hüququ pozduğu konkter maddəalarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqınların və girovların hüquqları məsələsinə biganə yanaşdığını, lakin əvəzində isə Azərbaycana təzyiq göstərməyə xidmət edən məsələləri tez-tez gündəmə gətirdiyini bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın üzləşdiyi böhran qurumun məhz bu qəbildən olan məsələlərin həllində acız qalması, onlaarı həll edə bilməməsindən irəli gəlir. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qurumda tez-tez və müxtəlif səviyyələrdə qaldırmalarına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını bildirib. 

Hüquq müdafuəçisi Əhməd Şahidov bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, qeyri-qanuni olaraq, erməni əsirliyində olması ilə bağlı ATƏT və digər beynəlxalq insan haqları təşkilatlarında məsələ qaldırılıb. 

Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlarımıza baş çəkmək mandatına malik olsa da, artıq 1 il 8 aydır ki, mülki girov Dilqəm Əsgərovdan heç bir xəbər ala bilmirik. Avropa Şurasında da bu məsələ ilə bağlı ikili standartlar tətbiq edilməkdədir. Mən biü hüquq müdafiəçisi kimi dəfələrlə Avropa Şurası İnsan Haqları üzrə Komissar xanım Dunya Miyatoviçə müraciətlər etsəm də, hələ bircə dəfə olsun onun girovlarımızla bağlı hər hansı açıqlaması olmayıb. Düşünürəm ki, bu ikili standartlara son qoyulmalı və Ermənistanı humanitar öhdəlikləri yerinə yetirməyə məcbur etməliyik.

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov tədbir iştirakçılarına üzünü tutaraq atasının azad edilməsi üçün ona kömək etmələrini xahiş edib.

Tədbirdə Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləmə qurbanı olduğunu əks etdirən film nümayiş olunub.

Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin insan hüquqları üçün böyük təhlükə olduğu haqqında ətraflı məlumat verən bukletlər paylanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə